Ətraflı
Dövlət Məşğulluq Agentliyin təşkil etdiyi #PeşəFest sərgisində iştirak etdik.

Dövlət Məşğulluq Agentliyin təşkil etdiyi #PeşəFest sərgisində iştirak etdik. #PeşəFest -in əsas məqsədi məktəblilərin müxtəlif peşələrlə yaxından tanış olması, gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə dəstək olmaqdır.

Tədbirdə hökumət rəsmiləri, təhsil müəssisələrindən rəhbər şəxslər, 37.000 yeniyetmə və gənclər iştirak ediblər.

Nazir Anar Əliyev 2022-ci ildən təşkil olunan "Peşələr festivalı"nın gənclərin düzgün peşə seçimində və əmək bazarına hazırlıqlı daxil olmalarında önəmini vurğulayıb.

"Peşə öyrən, gələcəyini qur!" devizi ilə keçirilən tədbirdə peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, maraqlı viktorinalar təşkil olunub.

Biz də bu tədbirə dəvət alaraq iştirak etməkdən böyük məmnunluq duyduq. Gələn şagirdləri robototexnika, süni intellekt və sistem mühəndisliyi sahələri haqqında məlumatlandırdıq, onlara bu istiqamətlərdə bir vizyon qazandırmağa çalışdıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *