Ətraflı
“ASAN Könüllüləri” Təşkilatı ilə birgə maraqlı və faydalı layihə!

Train Brain mərkəzi olaraq "ASAN Könüllüləri" Təşkilatı ilə birlikdə iki günlük maraqlı və öyrədici layihə həyata keçirdik.

Layihənin əsas məqsədi məzun olmuş ASAN könüllülərinin təqdim etdikləri layihə ideyalarına dəstək vermək, onların yaradıcılığını inkişaf etdirmək və yeni bacarıqlar qazanmasına şərait yaratmaq idi.

Layihənin ilk günündə iştirakçılar üçün təlim keçirildi. Təlim zamanı könüllülər öz robotlarını qurdular, komanda ruhu ilə işlədilər və praktiki təcrübə qazandılar.

İkinci gün isə yarış mərhələsi baş tutdu. Könüllülər hazırladıqları robotlarla mübarizə apardılar və nəticədə I, II və III yerlərin qalibləri müəyyən olunaraq sertifikatlarla təltif olundular.

Bu layihə gənclərin yaradıcılığını, texnologiyaya marağını və komanda bacarıqlarını dəstəkləyən mühüm bir təşəbbüs olaraq həm öyrədici, həm də motivasiyaedici bir təcrübə oldu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *