23 sentyabr – Beynəlxalq İşarə Dili Günü | Sosial Seminar
Təşkilati inkişaf və inklüziv mədəniyyət dəyərlərimiz çərçivəsində MecHack Team komandamızla birlikdə inklüzivlik və işarə dili mövzusunda sosial seminar keçirdik.
Dəvətimizi qəbul edib dəyərli biliklərini paylaşdığı üçün Nuranə Abıyevaya təşəkkür edirik. Bu təlim yalnız bilik deyil, həm də daha güclü və anlayışlı komanda mühiti formalaşdırmaq üçün dəyər qazandırdı.
İştirakçılar sosial çarxlar izləyərək baxış bucaqlarını genişləndirdilər, öz adlarını və gündəlik qısa ifadələri işarə dilində deməyi öyrəndilər.
Seminar “FRC ( FIRST Robotics Competition) üçün heç bir əngəl yoxdur!” şüarı ilə yekunlaşdı. Nitq və eşitmə məhdudiyyəti olan, lakin komandamızın parlaq üzvü Sənan Mirzəzadə bir daha göstərdi ki, məhdudiyyət inkişafın qarşısını ala bilməz.
Bu kimi təşəbbüslər bizim üçün yalnız sosial layihə deyil, komanda mədəniyyətimizi və əməkdaşlıq ruhumuzu gücləndirən əsas dəyərlərdir.








