Ətraflı
“Qarabağ MecHack-9030” komandasının üzvləri üçün “Açıq qapı günü” keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Yanğından Mühafizə hissəsində növbəti “Açıq qapı günü” tədbiri keçirilib.
Tədbir “Qarabağ MecHack-9030” komandasının üzvləri üçün təşkil olunub. “Açıq qapı günü”nün əsas məqsədi komanda üzvlərinin hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam formalaşmasına, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin və yanğın təhlükəsizliyi biliklərinin artırılmasına, eləcə də yanğınsöndürən və xilasedicilərin məsuliyyətli və fədakar peşə fəaliyyəti ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.


Tədbir zamanı iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik iş rejimi, xidmətin fəaliyyəti və istifadə olunan texnika barədə ətraflı məlumat verilib. Komanda üzvləri ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar, əməkdaşların gündəlik məşqlərinin bir hissəsini əyani şəkildə izləyiblər. Həmçinin, onlar fövqəladə hallar zamanı tətbiq olunan yanğınsöndürmə və qəza-xilasetmə avadanlıqlarını yaxından görüb, təhlükəsiz davranış qaydaları barədə praktiki məlumat əldə ediblər.


Maraqlı və maarifləndirici şəraitdə keçən görüş zamanı komanda üzvlərinin sualları cavablandırılıb və onların təhlükəsizlik mədəniyyəti barədə bilikləri daha da möhkəmləndirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *